Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və Kimin silah anlaşması niyə açıqlanmır?  

Moskva və Pxenyan Ukraynadakı Rusiya ordusunun ehtiyacları üçün Şimali Koreya sursatının tədarükü ilə bağlı razılaşmanı açıqlamayıblar...

Poliqon xəbər verir ki, Kim Çen Inın Rusiyaya səfərinin şərtlərini təhlil edən “The New York Times” bunun iki əsas səbəbini qeyd edib.

Nəşr qeyd edir ki, Vaşinqton və Moskva vaxtilə Soyuq müharibə məntiqi çərçivəsində hərəkət edərək Koreya yarımadasını silahla doldurublar. Amma indi tarix alt-üst olub və bu gün bu silahların axını tam əks istiqamətə də dönə bilər.

Şimali Koreya lideri Kim Çen In sentyabrın 13-də Rusiyaya səfəri zamanı Vladimir Putinlə “əməkdaşlığın əsasə məsələləri” üzrə “qənaətbəxş razılıq” əldə etdiklərini bildirib. Bu sözlərin arxasında dəqiq nə dayanır, onu yalnız təxmin etmək olar. Nə Moskva, nə də Pxenyan, çox güman ki, müqavilələrin silahlara aid olduğu təqdirdə təfərrüatlarını açıqlamayacaq, çünki Şimali Koreya ilə silah ticarəti və onu hərbi texnologiyalarla təmin etmək Rusiyanın özünün səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller görüşü Putinin “Kim Çen Indan kömək istəməsi” kimi qiymətləndirib.

"Vaşinqtonla razılaşmalara əsasən, Cənubi Koreya aylardır ABŞ-a böyük miqdarda artilleriya mərmisi tədarük edir. Cənubi Koreya təkid edir ki, Ukraynaya birbaşa heç bir öldürücü silah vermir. Lakin onun ABŞ ordusuna tədarükləri Ukraynanın Rusiyaya qarşı mübarizədə istifadə edə biləcəyi ABŞ ehtiyatlarını azad etməyə kömək edir", deyə nəşr qeyd edir.

NYT qeyd edir ki, Cənubi Koreya mərmilərinin Ukrayna və Şimali Koreya mərmilərinin Rusiya tərəfindən istifadə edilməsinə dair hələ heç bir sübut yoxdur. Beləliklə, Kim və Putin arasında silah müqaviləsi Cənubi Koreya silahlarını birbaşa Ukraynaya göndərməyə çağırış ola bilər. Bu, Moskva və Pxenyanın bu cür razılaşmalara səssiz qalmasının başqa bir səbəbidir.

Analitiklərin hesablamalarına görə, Şimali Koreya anbarlarında 100 mm və daha çox çaplı 10 milyona qədər artilleriya mərmisi ola bilər. Bütün NATO ölkələri birlikdə daha kiçik arsenala malikdir. Yeganə sual Şimali Koreyanın tədarüklərə başlasa, nə qədər tez ifşa olunacağıdır.

Poliqon.info


Etiket: Putin Kim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Ən çox oxunanalar